Back

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində seminar keçirilmişdir

Sentyabrın 23-də FHN-in Bakı Regional Mərkəzində "Həyat fəaliyyətinin təhlükəsizliyinin konseptual əsasları. Fövqəladə hallarda əhalinin hazırlığı və həyat təminatı" mövzusunda seminar keçirilmişdir. Tədbirdə Bakı Regional Mərkəz rəisinin müavinləri, Mərkəzin idarə, şöbə və sektor rəisləri, baş məsləhətçilər, mütəxəssislər və xilasedicilər iştirak etmişlər.

Giriş sözü ilə seminar iştirakçılarını salamlayan Bakı Regional Mərkəzi rəisinin birinci müavini Kamil Bağırov belə tədbirlərin əhəmiyyətindən bəhs etmişdir.

"Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və əsas vəzifələri" mövzusunda çıxış edən Bakı Regional Mərkəzinin  Təlim və əməliyyat-planlaşdırma şöbəsinin rəisi Yolçu Yolçuyev müasir dövrümüzdə Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinin qorunub saxlanılmasının, ölkəmizin dünya dövlətləri sırasında özünə layiqli yer tutmasının əsəs amillərindən biri də torpaqlarımızın, onun yeraltı və yerüstü sərvətlərinin, başlıcası isə əhalinin dinc və müharibə dövrlərinin fövqəladə hadisələrdən, texnogen qəzalardan, təbii fəlakətlərdən qorunub mühafizə və müdafiə edilməsindəki Fövqəladə Hallar Nazirliyinin mühüm rolundan danışmışdır.

Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Emil Seyidov öz çıxışında seminar iştirakçılarının diqqətini "Azərbaycan Respublikasında fövqəladə hadisələrin nəticələrinin zəiflədilməsi üzrə yeni konsepsiya"ya yönəldərək qeyd etmişdir ki, yeni konsepsiyanın əsas tələbləri dayanıqlılıq, təhlükəsizlik və keyfiyyətdir. Bu sahədə geniş miqyasda nəzəri və elmi tədqiqatlar, sınaqlar keçirilməsinə, bunların əsasında hüquqi qanunvericilik bazasının işlənib hazırlanmasına və yerli icra hakimiyyətlərində müvafiq qurumların yaradılmasına zərurət yaranmışdır.

"Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasının təşkili" mövzusunda çıxış edən Mülki müdafiə İşinin Təşkili şöbəsinin baş zabiti Cavid Quliyev öz növbəsində Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması məsələlərinə toxunmuşdur. Fövqəladə hadisələrdən müdafiəyə respublikanın əhalisi hazırlandığını qeyd edən natiq əlavə etmişdir ki, bu zaman 6-17 yaşlı şəxslərə sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşdan yuxarı şəxslərə isə bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir. Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə müəssisələrinin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir.

"Dinc və müharibə dövründə fövqəladə hallar zamanı mülki müdafiə tədbirlərinin təşkili" mövzusunda çıxış edən Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti Rauf Məmmədov bildirmişdir ki, mülki müdafiə ərazi - istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir. Müharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər mətbuat orqanları, radio və televiziya vasitəsilə əhaliyə çatdırılır.

Düşmən hücumu təhlükəsi yaranan dövrdə vəziyyət çox müxtəlif, bəzən isə xeyli mürəkkəb olur. Belə hallarda "HAMININ DİQQƏTİNƏ" siqnalından sonra yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin "HAVA HƏYƏCANI", "HAVA HƏYƏCANI QURTARDI", "RADİASİYA TƏHLÜKƏSİ", "KİMYA HƏYƏCANI" siqnalları verilə bilər. Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir

Təşkilatı səfərbərlik bölməsinin  baş zabiti Toğrul Vəliyev "Azərbaycan Respublikasında sülh mənşəli fövqəladə hallarda fəaliyyət gostərən dövlət sistemi" haqqında fikirlərini bölüşmüşdür. Qeyd etmişdir ki, bu sistem respublikada müəyyən edilmiş inzibati-ərazi bölgüsünə və sahələrarası dövlət birlikləri idarələrinin, dövlət konsernləri və assosiasiyalarının strukturuna müvafiq olaraq ərazi və xalq təsərrüfatı vəsilələrini, ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini, təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir. Əhaliyə fövqəladə hallardan mühafizə üsullarının öyrədilməsi müstəqil surətdə, iş, yaşayış və təhsil yerlərində aparılan məşğələ və məşqlərdə, kütləvi informasiya vasitələrindən istifadə olunmaqla və xüsusi təlimlər keçirməklə təşkil edilir.

"Həyat fəaliyyətinin təhlükəsizliyinin  konseptual əsasları"mövzusunda çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev yeni dövrdə təhlükəsizlik problemlərinin xüsusiyyətləri; Təhlükəsizliyin təmin olunma yolları; Təhlükəsizlik səviyyəsi; Cəmiyyətin təhlükəsizliyi və mənəvi sağlamlıq və s. barədə fikirlərini açıqlamışdır.

Seminarın sonunda interaktiv formada sual-cavab aparılmışdır.

Fire safety must be observed in grain fields, pastures and forest fund areas

Headquarters were set up at Tartar and Jalilabad region Executive Authorities with the view of preventing fires in the sown areas in connection with ensuring fire safety....

Read more

Fire safety discussed

A relevant headquarters was established at Region Executive Authority with the view of ensuring fire safety while collecting, delivering, storage......

Read more

Video conferences held on fire safety of sown areas

Due to the mowing season of grain and cereals, in order to ensure fire safety in sown areas of Yevlakh and Goychay regions, relevant headquarters were established in the executive authorities......

Read more