Back

Məktəblilərin təhlükəsizliyi bizim əsas prioritetlərimizdəndir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman ölkənin mülki müdafiəsi məsələlərini diqqət mərkəzində saxlayırdı. Nazirlər kabinetinin 1998-ci il 25 senyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları” bu diqqət və qayğının əyani təzahürüdür. Ölkə əhalisinin təbii və texnogen xarakterli fövqəladə hallar zamanı müdafiəsinin təşkili,insanların və maddi dəyərlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində işlər bu gün də uğurla davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin  Bakı Regional Mərkəzi bu sahədə mütamadi olaraq kompleks tədbirlər həyata  keçirir. Bununla yanaşı Mərkəz, nazirliyin digər qurumlarının Bakı ərazisində keçirdiyi tədbirlərdə də fəal iştirak edir. Belə tədbirlərdən biri,  Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarı çərçivəsində hər dərs ilinin əvvəlində  orta ümümtəhsil məktəblərində müdafiə fənnini tədris edən 2-ci,5-ci və 6-ci sinif rəhbərləri üçün təşkil edilən və şagirdlərin fövqəladə hadisələrdən müdafiəsi məsələlərinə həsr olnmuş  kurslardır.

Artıq ənənə halını almış növbəti kurslar  Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə  Qoşunlarının Mülki Müdafiə  işinin təşkili baş idarəsinin, Fövqəladə Hallar və Mülki Müdafiə rayon şöbələrinin təşkilatçılığı ilə Bakı şəhərinin orta ümümtəhsil məktəblərində cari ilin 1-3 sentyabr tarixlərində keçirilmişdir.  

Tədbirə hazırlıqla əlaqədar Bakı Regional Mərkəzində keçirilmiş müşavirədə kursların böyük əhəmiyyəti qeyd edilmiş, tədbirlərdə iştirak edəcək əməkdaşlara treninqlərin səmərəli keçirilməsi üçün müvafiq göstərişlər və tövsiyələr vermişdir. Mərkəz əməkdaşları kursların keçirilməsində fəal iştirak etmiş, təşkilatçılara əməli və metodik yardım göstərmiş, müvafiq mövzular üzrə çıxışlar etmiş, hər treninq gününün yekunlarına görə hesabatlar hazırlamış və Mərkəz rəhbərliyinin iştirakı ilə keçirilmiş işçi müşavirələrdə bu yekunları müzakirə etmişlər. 

Müşavirələrdə bu il keçirilmiş kursların yüksək səviyyədə  təşkil edildiyi qeyd olunmuşdur.  Kurslarda dinləicilərə FHN-nin yaranması və fəaliyyəti barədə ümumi məlumat, fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksiyon xəastəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunmuşdur.

Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Mərkəzdə keçirilmiş müşavirələrdə bu ilki  məşğələlərin əksəriyyətinin ötən illərdən fərqli olaraq interaktiv formada təşkil edildiyi vurğulanmışdır. Belə ki, tədbirlər zamanı yerlərdə quraşdırılmış proyektor və ekranlar vasitəsilə FHN-nin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı  insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif  struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyaların aparılması, müəllim heyətinin çoxsaylı suallarının mütəxəssislər tərəfindən ətraflı cavablandırılması dinləyicilərin kurslara olan marağının daha bir göstəricisi olmuşdur.

Tədbirdə Bakı şəhərinin müxtəlif rayonlarından yangından mühafizə, təcili tibbi yardım və sanitar xidmətlərinin aparıcı mütəxəssislərinin, bir sıra idarə və təşkilatların mülki müdafiə qərargahların rəhbərlərinin, Bakı şəhər baş təhsil idarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul əməkdaşlarının iştirakı bu kursların daha dolğun və əhatəli keçməsinə şərait yaradmışdır.

Metodiki kurslar proqramı çərçivəsində keçirilən praktiki məşgələlər də iştirakçıların xüsusi marağına səbəb olmuşdur. Bu baxımdan, Ukrayna istehsalı olan və ölkəmizə yeni gətirilmiş MP-5 markalı əleyhqazın təqdimatı, dinləyicilərə ilkin tibbi yardım göstərilməsi qaydalarının tədrisi və əyani şəkildə nümayiş etdirilməsi dinləyicilərin xüsusi fəallığı şəraitində keçmişdir. Suraxanı rayonunda keçirilən məşgələdə yanğınsöndürən maşının birbaşa praktik məşğələ keçirilən yerə gətirilməsi və nümaiş etdirilməsi, döyüş heyətinin yanğın zamanı iş rejimi ilə tanışlıq dinləicilərdə böyuk təəssürat yaratmışdır.

Mərkəzdə kursların nəticələrinə həsr olunmuş yekun müşavirədə Mərkəz əməkdaşları öz şəxsi müşahidələrilə də bölüşmüşlər. Belə bir yekdil fikir səslənmişdir ki, paytaxt əhalisində fövqəladə hallar qurumlarına böyük inam və etibar formalaşmaqdadır. Əhalinin “112” qaynar xəttinə etdiyi müraciətlərə verilən çevik reaksiya, hər bir müraciətlə bağlı görülən konkret tədbirlər bu münasibətin formalaşmasında mühüm rol oynayır.

Bakı şəhərinin bütün rayonlarında keçirilmiş kurslarda 300-dən çox orta ümümtəhsil məktəblərini təmsil edən 3000-nə yaxın 2-ci, 5 –ci və 6-cı sinif rəhbəri iştirak etmişdir.

Müşavirədə belə qərara gəlindi ki, gələcəkdə bu kursların daha mütəşəkkil  keçirilməsi, dinləici auditoriyasının daha da genişləndirilməsi üçün konkret tədbirlər görülməli, bu tədbirlərin hazırlanmasında və həyata keçirilməsində FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları daha fəal iştirak etməlidirlər.

Fire safety must be observed in grain fields, pastures and forest fund areas

Headquarters were set up at Tartar and Jalilabad region Executive Authorities with the view of preventing fires in the sown areas in connection with ensuring fire safety....

Read more

Fire safety discussed

A relevant headquarters was established at Region Executive Authority with the view of ensuring fire safety while collecting, delivering, storage......

Read more

Video conferences held on fire safety of sown areas

Due to the mowing season of grain and cereals, in order to ensure fire safety in sown areas of Yevlakh and Goychay regions, relevant headquarters were established in the executive authorities......

Read more