Back

Fövqəladə Hallarla Mübarizə - Həyat Tərzimizdir

2005-ci ildə yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizin gündəlik həyatında önəmli rol oynayan bir dövlət qurumuna çevrilmişdir. Qarşısına respublika əhalisinin və ölkə ərazisində yerləşən obyektlərin təhlükəsizliyinin fövqəladə hallardan qorunması kimi məsul bir vəzifə qoyulmuş Nazirlik fəaliyyətini gündən-günə təkmilləşdirir. Bu proses çərçivəsində Nazirliyin strukturu da inkişaf edir, yerlərdə onun yeni-yeni qurumları yaradılır. Nazirliyin yeni yaranmış qurumlarından biri də Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləridir. 2007-ci ildə yaradılan Bakı Regional Mərkəzi Bakı şəhəri ərazisində öz səlahiyyətləri daxilində mülki müdafiə işinin təşkili, əhali və ərazinin fövqəladə hallardan qorunmasında iştirak edir. Bundan əlavə əhatə etdiyi ərazidə istismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqini həyata keçirir, qəza təhlükəli binaların istismarının məhdudlaşdırılması barədə aidiyyəti qurumlara təkliflər verir və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir. Qarşısına qoyulmuş vəzifələri vaxtında və keyfiyyətli yerinə yetirmək məqsədilə Bakı Regional Mərkəzinin əməkdaşları daim yüksək hazırlıq vəziyyətində olmalıdırlar. Bunun üçün Bakı Regional Mərkəzində mütəmadi olaraq Mərkəzin fəaliyyət planına əsasən təlim-toplantılar, qərargah məşqləri keçirilir. Növbəti belə bir tədbir avqustun 5-6 da “Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının idarəedilməsi” mövzusunda keçirilən qərargah məşqi olmuşdur.

Avqustun 5-də başlayan qərargah məşqinin keçirilməsində məqsəd idarə heyəti və zabitlərin funksional vəzifələrinin və baş verən fövqəladə hallar zamanı zəruri addımların atılmasına hazırlıq səviyəsinin yoxlanılması olmuşdur. Bundan əlavə  zabit heyətinə sənədlərin hazırlanması ilə bağlı bacarıq və vərdişlərin aşılanması və təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verilmiş, mərkəzin struktur bölmələrinin müxtəlif fövqəladə hallar şəraitində test məşqləri keçirilmişdir. Həm nəzəri, həm də praktiki məşğələlər şəxsi heyətə yüksək mənəvi və psixoloji keyfiyyətlərin aşılanması ilə müşayiət olunmuşdur.

Məşq iki mərhələ üzrə keçirilmişdir. 1-ci mərhələdə - mərkəzin struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, həyəcan siqnalının verilməsi, yüksək hazırlıq və fövqəladə hal rejimlərinə gətirilməsi, fövqəladə hal rayonuna yürüş, hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı hazırlıq üzrə fəaliyyətlər; 2-ci mərhələdə - fövqəladə halların nəticələrinin aradan qaldırılması, işlərin başa çatdırılması və mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qayıtması idi.

Qərargah məşqlərini hazırlayan zabitlər məşq zamanı fövqəladə hal baş verən andan etibarən müvafiq xidməti təlimatlara uyğun olaraq atılmalı olan hər bir addım barədə şəxsi heyətə ətraflı məlumat vermiş və daha sonra “İşgüzar oyun” formatında praktik məşğələlərə keçilmiş – nümunə kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində fərz olunan 6 fövqəladə hal modelləşdirilmiş və döyüş tapşırığı kimi məşğələ iştirakçılarının qarşısına qoyulmuşdur. Tapşırıqlar mərkəzin bütün struktur bölmələrini əhatə edən məşğələ iştirakçıları tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir. Bu şəxsi heyətin Bakı şəhərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya vermə bacarığını bir daha sübut etmişdir. Bu fikir avqustun 6-da qərargah məşqinə yekun vurularkən səsləndirilmişdir.

MES Baku Regional Center holds exemplary lesson

Baku Regional Center of the Ministry of Emergency Situations held an exemplary lesson on the theme “Organizing protection of the people in case of emergency situations” at Azerbaijan State Oil and Industry University on February 21, 2020....

Read more

MES Aran regional center holds awareness-raising event

Aran Regional Center of the Ministry of Emergency Situations held awareness-raising event on the theme "Rules of behavior in case of emergency situations" at Mingachevir city secondary school №12 on February 21, 2020. ...

Read more

MES State Fire Control Service continues awareness-raising events

Awareness-raising events were held at “Vakiloghlu" CJSC located in Khoruzlu village of Tartar region by Aran regional State Fire Control Department of MES State Fire Control Service......

Read more