Back

Peşəkarlığa aparan yol


2010-cu il avqust ayının 16-da Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə hadisələrin idarə edilməsi strategiyası. Müxtəlif fövqəladə hadisələr şəraitində idarəetmənin xüsusiyyətləri” mövzusunda konfrans keçirilmişdir. Konfransın işində Mərkəzin rəhbər heyəti, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisinin müavini Tale Şamçıyev qeyd etmişdir ki, Bakı Regional Mərkəzinin onun Əsasnaməsi ilə müəyyən edilmiş, qarşısında nazirlik tərəfindən qoyulmuş vəzifələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində şəxsi heyətinin yüksək peşəkarlıq  səviyyəsinin və daimi hazırlıq vəziyyətində olmasının müstəsna əhəmiyyəti vardır.  Bu məqsədlə, Mərkəz rəhbərliyi mütəmadi olaraq əməkdaşların nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəlmiş qərargah məşğələləri, konfranslar, dəyirmi masalar və nəzəri-praktiki məşğələləri təşkil edir.  Cari konfransın növbəti belə bir tədbirlərdən olduğunu vurğulayan natiq iştirakçıları onun gündəliyi və iş qaydası ilə tanış etdi.

“Fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda çıxış edən  “Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması” şöbəsinin baş məsləhətçisi Fərid Əzizov iştirakçılara fövqəladə hallar haqqında ümumi məlumat verdikdən sonra onların təsnifatı haqqında danışdı. Hər bir fövqəladə hal növünün başvermə səbəbləri, onların müxtəlif vəziyyətlərdə mümkün inkişaf ssenariləri və hadisələrin nəticələrinin aradan qaldırılması yolları, ayrı-ayrı xidmətlərin ekstremal hallarda konkret fəaliyyət planları barədə məlumat verildi.

Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi müavini -  operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurovun “Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının gedişində qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və keçirilməsi” mövzusunda çıxışı da konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Məruzəçi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə işlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün tələb olunan təxirəsalınmaz addımlar haqqında məlumat verdi. Görülməsi zəruri olan ilkin tədbirləri mərhələlərə bölən məruzəçi, hər bir mərhələnin hazırlanması və reallaşdırılması, görülən işlər zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının müstəsna əhəmiyyətindən danışdı.

Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Kamil Bağırov “Fövqəladə hadisələrin idarəedilməsi strategiyası və müxtəlif fövqəladə hadisələr şəraitində idarəetmənin xüsusiyyətləri” mövzusunda şəxsi heyət qarşısında çıxışetdi. O, öz çıxışında idarəetmənin əsas məqsədi, ölkədə fəaliyyət göstərən idarəetmə orqanları, onların fəaliyyətinin əlaqələndirilməsi, idarəetmənin mərhələləri,  təxirəsalınmaz qəza-xilasetmə işlərinin aparılmasında idarəetmə, idarəetmənin təşkilinin əsas formaları barədə şəxsi heyəti məlumatlandırdı. Bu sahədə böyük peşəkar təcrübəyə malik olan məruzəçi çıxışını interaktiv formada quraraq konfrans iştirakçılarını mövzu ilə bağlı müzakirələrə cəlb etdi. 

Konfrans zamanı zalda quraşdırılmış iriölçülü ekranda nümayiş etdirilmiş “Xəzər-2009 xüsusi taktiki təlimi”, “Azərbaycanın bəzi kürətrafı rayonlarında daşqın sularının yaratdığı fəsadlar və xilasetmə işləri” haqqında sənədli filmlər konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Fövqəladə Hallar Nazirliyinin, onun struktur və qurumlarının ekstremal şəraitdə nümayiş etdirdikləri yüksək mütəşəkkillik, Nazirliyin sərəncamında olan xüsusi təyinatlı müasir texnika və avadanlıqların real vəziyyətlərdə böyük faydalılıq əmsalı ilə istifadəsi Mərkəzin şəxsi heyətində bu mühüm dövlət strukturunda çalışdıqları üçün böyük qürur hissini daha da gücləndirdi.

Konfrans iştirakçıları onlara təqdim olunan məruzələri dinləməklə yanaşı öz işçi dəftərlərində də müvafiq qeydlər aparmış və Mərkəzin iş üslubunu səciyyələndirən əsas cəhətlərdən biri olan icraya nəzarət çərçivəsində yaxın həftələrdə konfransda verilmiş bilgilərlə bağlı praktik məşğələyə hazırlaşmağa başlamışlar.

Konfransda səslənmiş bütün məruzələr multimediyalı prezentasiyalarla müşaiyət olunmuş, yuxarıda qeyd edilmiş filmlərlə yanaşı son zamanlar dünyada baş verən təbii fəlakətlər və onların nəticələrinin xüsusi qurumlar tərəfindən aradan qaldırılması, bu işlərin təşkilində beynəlxalq əməkdaşlıq fəaliyyətindən bəhs edən videogörüntülər də nümayiş etdirilmişdir.

Konfransın işinə yekun vuran Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Kamil Bağırov əmin olduğunu bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin şəxsi heyəti, həmişə olduğu kimi,  öz xidməti  vəzifələrinin öhdəsindən bacarıqla gələcək, Mərkəzin fəaliyyət planına uyğun olaraq keçirilən tədbirlər isə onların hazırlıq səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəkdir.

MES Baku Regional Center holds exemplary lesson

Baku Regional Center of the Ministry of Emergency Situations held an exemplary lesson on the theme “Organizing protection of the people in case of emergency situations” at Azerbaijan State Oil and Industry University on February 21, 2020....

Read more

MES Aran regional center holds awareness-raising event

Aran Regional Center of the Ministry of Emergency Situations held awareness-raising event on the theme "Rules of behavior in case of emergency situations" at Mingachevir city secondary school №12 on February 21, 2020. ...

Read more

MES State Fire Control Service continues awareness-raising events

Awareness-raising events were held at “Vakiloghlu" CJSC located in Khoruzlu village of Tartar region by Aran regional State Fire Control Department of MES State Fire Control Service......

Read more