Back

“CƏSURLAR” gərgin mübarizədə

Hər il keçirilən ənənəvi “Cəsurlar” hərbi-idman və turizm yarışları bu il aprelin 23-24–də Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, KHVTİC Respublika Şurasının birgə təşkilatçılığı ilə yenidən Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirildi. Yarışın keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da  gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində  xidmətə hazırlanması  və turizm hərəkatının  inkişaf etdirilməsindən  ibarət idi.

Yarış iştirakçıları mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin  məzarını ziyarət edərək abidəsi önünə əklillər qoydular. Sonra Şəhidlər xiyabanında uyuyan soydaşlarımızın məzarları ziyarət olundu.

"Azərbaycanın güclü ordusunun  yaradılması üçün maddi - texniki baza ilə yanaşı savadlı və ixtisaslı zabitlər də lazımdır" fikirlərini söyləmiş ulu öndər Heydər Əliyev yeniyetmə vətənpərvərlərin gələcəyin savadlı zabitləri kimi yetişməsi üçün hərbi lisey yaradılmasının vacibliyini vurğulamışdır. 1971-ci ildə indi "Cəmşid Naxçıvanski adına hərbi litsey" adlandırılan xüsusiləşdirilmiş hərbi orta məktəbin təsis edilməsi və 1973-cü ildə ona ümumrespublika statusunun verilməsi bu yolda atılan ən mühüm addım oldu. Bura yalnız hərbi təhsil ocağı deyil, həm də hərbi-idman oyunları və təntənəli hərbi mərasimlərin keçirilmə yeridir. Elə bu səbəbdən də "Cəsurlar" hərbi-idman və turizm yarışlarının respublika finalı hər il Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilir.

Burada yarış iştirakçıları ilk olaraq C. Naxçıvanskinin büstü önünə gül dəstələri qoydular.

Yarışda Ağcabədi, Ağsu, Göy-göl, İsmayıllı, İmişli, Lerik, Lənkəran, Mingəçevir, Naxçıvan, Nəsimi(Bakı şəhəri), Qəbələ, Samux, Sumqayıt, Suraxanı(Bakı şəhəri), Ordubad, Oğuz, Xətai(Bakı şəhəri), Yevlax və Zərdab rayonlarının komandaları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Bundan sonra təşkilatçılar  yarışın keçirilməsi barədə çıxışlar etdilər.

Açılış mərasimində yarışların komandanı, C.Naxçıvanski adına hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov, gənclər və idman  nazirinin müavini İntiqam Babayev, FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik Kamil Bağırov nitq söyləyərək iştirakçılara uğurlar arzuladılar.

FHN Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik Kamil Bağırov öz çıxışında yarışın əhəmiyyətindən və vacibliyindən danışdı. Respublikada bu oyunlara marağın artmasını konkret faktlarla dilə gətirən polkovnik K.Bağırov belə tədbirlərdə ədalətlilik prinsiplərinin daima qorunduğunu vurğuladı. Çıxışında onu da bildirdi ki, yarışın ən vacib prinsiplərindən biri də təhlükəsizliyin təmin olunmasıdır. Belə ki, hər bir iştirakçı ilk öncə özünün, ətrafında olan komanda yoldaşlarının təhlükəsizliyini təmin etməlidir.

Komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər. Daha sonra komandalar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər.

Hava şəraitinin mürəkkəb olmasına baxmayaraq yarış gərgin və güzəştsiz mübarizə şəraitində keçdi. Maneələrin dəf olunması, sədlərin keçilməsi kimi normativlərlə zəngin olan yarışın ən maraqlı və çətin mərhələlərindən biri fövqəladə hallar və mülki müdafiə sahəsini əhatə edən  8-ci mərhələ - zəhərli zonanın dəf olunması və 9-cu mərhələ - yaralının zəhərli zonadan çıxarılması mərhələləri idi.

"Cəsurlar" hərbi-idman və turizm yarışlarının respublika finalında Xətai rayonu 1-ci, İsmayıllı rayonu 2-ci, Zərdab rayonu 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda qiymətli hədiyyələr, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Ordubad rayonunun komandasına xüsusi mükafat təqdim olundu.

MES Regional centers continue awareness-raising events

Awareness-raising events on the theme “Rules of behavior and fire safety in case of emergency situations” were organized by MES North Regional Center at secondary school №2 in Sabran city, by MES Mughan Regional Center at Udulu village secondary school of Hajigabul region. ...

Read more

Awareness-raising events underway

Awareness-raising events were held at Zayam district nursery-kindergarten of Shamkir region by Ganja regional State Fire Control Department of MES State Fire Control Service, at Chemistry and Biology Lyceum......

Read more

MES Sumgayit Regional Center holds seminar-conference

Seminar-conference on the theme "Rules of behavior and fire safety in case of emergency situations" was held by MES Sumgayit Regional Center at “Azarkimya” Production Association on December 11, 2019. ...

Read more