Akademiyaya qəbul olmuş və qeydiyyatdan keçmiş abituriyentlər üçün toplanış elan olunur

Toplanışın yeri :  Hövsan qəsəbəsi, FHN Akademiyası

Toplanışın vaxtı:   27 sentyabr 2020-ci il, saat 1000

Kursantlara özləri ilə aşağıdakıları gətirmələri tövsiyyə olunur:

  • Şəxsiyyət vəsiqəsi;
  • Sürücülük vəsiqəsi (əgər varsa);
  • Şəxsi gigiyena vasitələri ( diş fırçası və pastası, üzqırxma ləvazimatları, daraq, cib dəsmalı, qayçı);
  • Idman kostyumu;
  • Tikiş iynələri, saplar (ağ, qara, göy, xaki rənglərdə);
  • Paltar və ayaqqabı təmizləmək üçün şotkalar;
  • Qol saatı, kompas;
  • Ümumi dəftərlər dama-dama (10 ədəd), şagird dəftərləri dama-dama (10 ədəd).
  • Yazı ləvazimatları (göy rəngdə yazan diyircəkli qələmlər, qara və rəngli karandaşlar, pozan, transportir, xətkeş, kley, zabit xətkeşi, papka)