Geri

13 avqust 2020-ci il saat 00:15-dək:

Sabirabad rayonunun Qaralı kəndində ümumi sahəsi 30 m² olan tövlənin yanar konstruksiyaları 10 m² sahədə və həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyü 10 m² sahədə yanıb. Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.