Geri

12 avqust 2020-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şüvəlan sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

12 avqust 2020-ci il saat 19:30-dək:

Beyləqan rayonunun Şahsevən kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından  mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Tahirli kəndində həyətyanı sahəyə yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Muğan Gəncəli kəndində ümumi sahəsi 80 m² olan evin tavanı 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Yeni Əyricə kəndində ümumi sahəsi 174 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 20 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

12 avqust 2020-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Geri

12 avqust 2020-ci il saat 13:30-dək:

Samux rayonunun Lək kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü 25 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

12 avqust 2020-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları 110 m² sahədə və altına yığılan 40 ton ot bağlamasının 20 tonu yanıb. Talvar və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

12 avqust 2020-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonunun Şağlakücə kəndində ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 19 m² sahədə və damına yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Mingəçevir şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərə çərçivəsi qismən və zirzəmisində 1 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.