Geri

05 iyul 2020-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Geri

05 iyul 2020-ci il saat 22:00-dək:

Göyçay rayonunun Çayarxı kəndində ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlaması, bitişik ümumi sahəsi 260 m2 olan kürsülü, birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lerik rayonunun Livədirqə kəndində ümumi sahəsi 120 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Geri

05 iyul 2020-ci il saat 17:30-dək:

Göygöl rayonunun Yeni Qızılca kəndində tikinti materialları mağazasının ərazisində ümumi sahəsi 400 m2 olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta atmaları yanıb. Yaxınlıqda yığılan tikinti materialları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində ferma ərazisində 30 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 17:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda açıq ərazidə 300 m2 sahədə quru ot və təkər tullantıları yanıb. Yanğın saat 16:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 15:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və yaxınlıqda ümumi sahəsi 50 m2 olan köməkçi tikilinin dam örtüyü 4 m2 sahədə yanıb. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Alpan kəndində ümumi sahəsi 60 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton ot bağlamasının 1,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvarın altına yığılan arpa yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 15:00-dək:

Ağdaş rayonunun Sadavat kəndində ümumi sahəsi 105 m2 olan qamış konstruksiyalardan ibarət talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

05 iyul 2020-ci il saat 08:30-dək:

Xaçmaz rayonunun Moruqoba kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 24 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 10 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.