Geri

05 iyul 2020-ci il saat 15:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və yaxınlıqda ümumi sahəsi 50 m2 olan köməkçi tikilinin dam örtüyü 4 m2 sahədə yanıb. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Quba rayonunun Alpan kəndində ümumi sahəsi 60 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton ot bağlamasının 1,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və talvarın altına yığılan arpa yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 15:00-dək:

Ağdaş rayonunun Sadavat kəndində ümumi sahəsi 105 m2 olan qamış konstruksiyalardan ibarət talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

05 iyul 2020-ci il saat 08:30-dək:

Xaçmaz rayonunun Moruqoba kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 24 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 10 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyul 2020-ci il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.