Geri

31 iyul 2020-ci il saat 20:00-dək:

Siyəzən rayonunun Sədan  kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 m2 olan anbarın içərisinə yığılmış buğda yanıb. Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub. Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib. 

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunmuşdur.

Geri

31 iyul 2020-ci il saat 18:15-dək:

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 84 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 5,5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2020-ci il saat 16:00-dək:

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

31 iyul 2020-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

31 iyul 2020-ci il saat 12:00-dək:

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 160 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Geri

31 iyul 2020-ci il saat 07:15-dək:

Beyləqan rayonunda ferma ərazisində 23 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 iyul 2020-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində ağırçəkili 1 nəfərin evinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.