Geri

30 iyul 2020-ci il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

30 iyul 2020-ci il saat 14:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ şəhərində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yolda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

Geri

30 iyul 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 iyul 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərində “Scania” markalı yük avtomobilinin qoşqusuna yığılan 4 ton ot bağlamasının 1 tonu və qoşqunun üzərinə çəkilən çadır yanıb. Avtomobil, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qusar rayonunda "Volkswagen" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonunun Günəşli kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdam rayonunun Orta Qışlaq kəndində ümumi sahəsi 48 m² olan dəmir konstruksiyadan ibarət talvarın taxta atmaları və altına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 210 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və içərisinə yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyul 2020-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində “BАЗ” markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.