Geri

13 iyul 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər;

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

13 iyul 2020-ci il saat 08:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunda transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan tövlənin yanar konstruksiyaları və həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində “Kia” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.