Geri

11 iyul 2020-ci il saat 23:00-dək:

Şirvan şəhərinin Bayramlı qəsəbəsində ümumi sahəsi 108 m2 olan birmərtəbəli evin qamış və taxta konstruksiyalardan ibarət dam örütüyü 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 iyul 2020-ci il saat 22:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Şahverdili kəndində ümumi sahəsi 100 m2 olan tövlənin tavan hissəsi 50 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 iyul 2020-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Neftçala sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

11 iyul 2020-ci il saat 20:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində "ГАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunun Sileyli kəndində ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları 8 m2 sahədə və altına yığılan 1,2 ton ot bağlaması yanıb. Talvarın qalan hissəsi və yaxınlıqda olan tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 iyul 2020-ci il saat 16:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev, bitişik ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 240 m2 olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m2 sahədə yanıb. Evin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

11 iyul 2020-ci il saat 16:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının yaxınlığında 40 m2 sahədə məişət tullantıları yanıb.  Yaxınlıqda olan bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən saat 15:54-də söndürülüb.

Geri

11 iyul 2020-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Geri

11 iyul 2020-ci il saat 12:15-dək:

09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 9-da eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti batdığı gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri

11 iyul 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ucar rayonunda iribuynuzlu heyvanın dərinliyi təqribən 2 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.
Geri

11 iyul 2020-ci il saat 10:30-dək:

09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.
Geri

11 iyul 2020-ci il saat 08:00-dək:

Cəlilabad rayonunun Adnalı kəndində həyətyanı sahəyə yığılan 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 130 m² olan birmərtəbəli evin döşəməsi 3 m2 sahədə və zirzəmisində taxta tullantıları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı və kabellər 5 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.