Geri

05 iyun 2020-ci il saat 12:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

05 iyun 2020-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda iri gövdəli ağacın ikimərtəbəli yaşayış binasının üzərinə aşması barədə məlumat daxil olub. Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacı hissələrə kəsərək evin üzərindən götürülməsini təmin ediblər.

Geri

05 iyun 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

05 iyun 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xətai rayonunda "KaмАЗ" markalı nərdivan avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 1000 m² olan quşçuluq fermasının yanar konstruksiyaları 500 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərinin Şağlaser kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin mansardasının yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 104 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Şəfəq qəsəbəsində, fermanın ərazisində yığılan 60 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.