Geri

04 iyun 2020-ci il saat 22:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili və “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Qazaxlar kəndində ümumi sahəsi 120 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Qalağayın kəndində "Hyundai" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Geri

04 iyun 2020-ci il saat 21:15-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

04 iyun 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

04 iyun 2020-ci il saat 19:00-dək:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində 2,4 ha sahədə quru ot və ağaclıq yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 16:30-dək:

Lənkəran şəhərinin Haftoni qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 125 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Xaçınabad kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 15:30-dək:

Bərdə rayonunun Lənbəran kəndində, ferma ərazisində, 1,5 ton ot bağlamasının 750 kiloqramı, ümumi sahəsi 900 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 1 m² sahədə və 650 m² sahədə qamışlıq yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

04 iyun 2020-ci il saat 07:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 200 m² olan mənzilin mətbəxində 1 ədəd qabyuyan və mətbəx mebeli 1 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda “Land Rover” markalı minik avtomobilinin yanar hissələri, “Ssang Yong” markalı minik avtomobilinin ön hissəsi qismən və yaxınlıqdakı mağazanın giriş hissəsinin üzlüyü 0,5 p.m yanıb. Avtomobilin qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.