Geri

04 iyun 2020-ci il saat 21:15-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Geri

04 iyun 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

04 iyun 2020-ci il saat 19:00-dək:

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində 2,4 ha sahədə quru ot və ağaclıq yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 16:30-dək:

Lənkəran şəhərinin Haftoni qəsəbəsində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 125 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Xaçınabad kəndində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 15:30-dək:

Bərdə rayonunun Lənbəran kəndində, ferma ərazisində, 1,5 ton ot bağlamasının 750 kiloqramı, ümumi sahəsi 900 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 1 m² sahədə və 650 m² sahədə qamışlıq yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

04 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

04 iyun 2020-ci il saat 07:45-dək:

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 200 m² olan mənzilin mətbəxində 1 ədəd qabyuyan və mətbəx mebeli 1 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Yasamal rayonunda “Land Rover” markalı minik avtomobilinin yanar hissələri, “Ssang Yong” markalı minik avtomobilinin ön hissəsi qismən və yaxınlıqdakı mağazanın giriş hissəsinin üzlüyü 0,5 p.m yanıb. Avtomobilin qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.