Geri

30 iyun 2020-ci il saat 22:00-dək:

Balakən rayonunun Hənifə kəndində traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılan 3,6 ton ot bağlamasının 1,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2020-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Geri

30 iyun 2020-ci il saat 17:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 iyun 2020-ci il saat 15:45-dək:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və ümumi dəhliz 8 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2020-ci il saat 09:30-dək:

Goranboy rayonunun Aşağı Ağcakənd kəndində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

30 iyun 2020-ci il saat 08:30-dək:

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında bir-birinə bitişik tikilən taxta konstruksiyalardan ibarət birmərtəbəli evlərdən ümumi sahəsi 90 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 iyun 2020-ci il saat 00:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsı 35 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.