Geri

03 iyun 2020-ci il saat 23:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda “Temsa” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 iyun 2020-ci il saat 22:30-dək:

Sabirabad rayonunun Kovlar kəndində traktorun qoşqusuna yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Qaralar kəndində ümumi sahəsi 20 m² olan tövlənin qamışdan ibarət dam örtüyü yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Pirəyir kəndində “ВАЗ” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərinin Şağlakücə kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və altına yığılan 1.5 ton ot bağlamsının 600 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 iyun 2020-ci il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

03 iyun 2020-ci il saat 17:00-dək:

Salyan rayonunun Gomuşçu kəndində “ЗИЛ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 2,7 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 iyun 2020-ci il saat 15:45-dək:

Qazax rayonunun Ürkməzli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 52 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda, həyətyanı ərazidə hər birinin sahəsi 350 m² olan 5 ədəd istifadəyə yararsız istixananın taxta atmaları 400 m² sahədə, ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və 2.5 ha sahədə kol-kos yanıb. İstixanaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 iyun 2020-ci il saat 14:45-dək:

Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

Geri

03 iyun 2020-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb. Dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Geri

03 iyun 2020-ci il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep” markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib. Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

Geri

03 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

03 iyun 2020-ci il saat 02:00-dək:

Göyçay rayonunda ümumi sahəsi 200 m2  olan istifadəyə yararsız yardımçı tikilinin çardağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

03 iyun 2020-ci il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Daşkəsən rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.