Geri

19 iyun 2020-ci il saat 17:00-dək:

Ucar rayonunun Qazıqumlaq kəndində traktorun qoşqusuna yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

19 iyun 2020-ci il saat 12:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2020-ci il saat 10:30-dək:

Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb. E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Geri

19 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Yasamal və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

19 iyun 2020-ci il saat 07:45-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 15 m² olan vaqon tipli tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Qaradonlu kəndində “HİTACHİ” markalı ekskavatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xaçmaz rayonunun Hülövlü kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 24 m² sahədə və dam örtüyü 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göygöl rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evdə yataq dəsti və həyətyanı sahəyə yığılan 7,6 ton ot bağlamasının 1 tonu yanıb. Ev və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Qızılkənd kəndində ümumi sahəsi 30 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

19 iyun 2020-ci il saat 02:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Xırdalan şəhərində ağırçəkili 1 nəfərin yaşadığı evinə qaldırılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

19 iyun 2020-ci il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

19 iyun 2020-ci il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Bayramova Asya Bayram qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.