Geri

01 iyun 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunun Aşağı Qəsil kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan su kanalından çıxarılıb və sahibinə təhvil verilib.

Geri

01 iyun 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

01 iyun 2020-ci il saat 08:00-dək:

Cəlilabad rayonunda ümumi sahəsi 576 m² olan ikimərtəbəli avtomobil təmiri sexinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.