Geri

31 may 2020-ci il saat 08:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 130 m² olan mebel təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisinə yığılan 0,5 m³ taxta materiallar yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Lənkəran şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Siyəzən rayonunun Tuğay kəndində həyətyanı sahəyə yığılan 32 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun Ağacqala kəndində "ГАЗ" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.