Geri

30may 2020-ci il saat 20:30-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin eyvanında ev əşyaları 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 ədəd televizor və tavan 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində ev əşyaları 10 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Biləsuvar rayonu ərazisində, sərhəd zolağı boyunca 10 ha sahədə kol-kos və 1 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Digər taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 may 2020-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “ВАЗ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 may 2020-ci il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli binanın 7-ci mərtəbəsində, pəncərə çərçivəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirərək   pəncərəni yerinə bərkidiblər.

Geri

30 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

30 may 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan taxtadan ibarət tikili yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları 120 m² sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 may 2020-ci il saat 05:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Geri

30 may 2020-ci il saat 03:00-dək:

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.  Taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.