Geri

29 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 may 2020-ci il saat 07:00-dək:

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan xidməti otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb. Bitişik bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 may 2020-ci il saat 04:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində “УАЗ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.