Geri

29 may 2020-ci il saat 04:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində “УАЗ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.