Geri

28 may 2020-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 may 2020-ci il saat 19:15-dək:

Şirvan şəhərində ümumi sahəsi 45 m² olan birmərtəbəli köməkçi tikilinin tavanı 14 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Füzuli rayonunun 5 nömrəli Qayıdış qəsəbəsində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ucar rayonunun Küçəkənd kəndində "T-28" markalı traktorun arxa təkəri, 2 ədəd qoşqusunun təkərləri və qoşqulara yığılan 9 ton ot bağlamasının 5 tonu yanıb. Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2020-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman fəhlələrin olduğu konstruksiya (tikintidə istifadə olunan dəmir ayaqaltı) divardan aralanıb, nəticədə 2 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.

Geri

28 may 2020-ci il saat 14:30-dək:

Tərtər rayonunun Hacıqərvənd kəndində ümumi sahəsi 90 m² olan köməkçi tikilinin tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2020-ci il saat 11:39-dək:

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində, yol kənarında 100 m² sahədə təkər tullantıları və yaxınlıqda, ümumi sahəsi 1080 m² olan üçmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 may 2020-ci il saat 10:15-dək:

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Geri

28 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

28 may 2020-ci il saat 08:00-dək:

Beyləqan rayonunun Şərq qəsəbəsində həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki əşyalar qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.