Geri

26 may 2020-ci il saat 22:45-dək:

Lənkəran rayonunun Liman şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2020-ci il saat 20:00-dək:

Neftçala rayonunun Sarıqamış kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2020-ci il saat 17:00-dək:

Bakı şəhərinin Xətai rayonunda, açıq ərazidə 1 ha sahədə quru ot və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2020-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, təlim-tədris təyinatlı və döyüş tətbiqinə yararsız olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.
Geri

26 may 2020-ci il saat 09:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 may 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Nizami və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 may 2020-ci il saat 07:30-dək:

Quba rayonunun Məckəxacə kəndində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən rayonunun Gurbulaq kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2020-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.