Geri

26 may 2020-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.