Geri

26 may 2020-ci il saat 07:30-dək:

Quba rayonunun Məckəxacə kəndində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Üçgünqışlaq kəndində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən rayonunun Gurbulaq kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 may 2020-ci il saat 00:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.