Geri

21 may 2020-ci il saat 16:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (xilasetmə məntəqəsinin ərazisində), 1 nəfərin sörf edərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən Rusiya Federasiyasının vətəndaşı sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Geri

21 may 2020-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə müvafiq təhlükəsizlik (xilasetmə çadırının açılması, çəpərləmə, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması) tədbirləri həyata keçiriblər. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vətəndaşın özünə suiqəsd etmək istəyinin qarşısını alıblar.
Geri

21 may 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin  intihara cəhd etməsi barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvfiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

21 may 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin mətbəxində mebel 3 p.m və 3 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.