Geri

05 aprel 2020-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

05 aprel 2020-ci il saat 03:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 30 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.