Geri

04 aprel 2020-ci il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.