Geri

30 aprel 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Suraxanı və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

30 aprel 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 aprel 2020-ci il saat 08:30-dək:

Goranboy rayonunun Fəxralı kəndində ümumi sahəsi 108 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 aprel 2020-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.