Geri

29 aprel 2020-ci il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​
Geri

29 aprel 2020-ci il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Qaravəlli kəndində iribuynuzlu heyvanın dərinliyi 3 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Geri

29 aprel 2020-ci il saat 21:45-dək:

Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 aprel 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 aprel 2020-ci il saat 07:30-dək:

Ağdaş rayonunun Ləki qəsəbəsində "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.