Geri

31 mart 2020-ci il saat 20:00-dək:

Şəki şəhərinin Birinci Biləcik kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və bitişik yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şəki şəhərinin Cumakənd kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və damına yığılan 1,5 ton ot bağlamasının 400 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2020-ci il saat 16:00-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində həyətyanı sahəyə yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

31 mart 2020-ci il saat 07:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan " Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.