Geri

29 mart 2020-ci il saat 12:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 6 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m2 birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Geri

29 mart 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Geri

29 mart 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin bir otağında xalça və döşəmə 1,5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.