Geri

25 mart 2020-ci il saat 14:00-dək:

Kürdəmir rayonunun Ərəb Qubalı kəndində ümumi sahəsi 3200 m² olan fəaliyyət göstərməyən fermanın dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Dayıkənd kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

25 mart 2020-ci il saat 07:00-dək:

Salyan rayonunun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.