Geri

29 fevral 2020-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Geri

29 fevral 2020-ci il saat 17:15-dək:

Saatlı rayonunun Qara Nuru kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Ləki qəsəbəsində ümumi sahəsi 120 m² olan tövlənin tavanı 30 m² sahədə, içərisinə yığılan 1 m³ odun və 40 ədəd təkər yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 fevral 2020-ci il saat 08:15-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan taxtadan ibarət qarajın yanar konstruksiyaları 30 m² sahədə və bitişik, ümumi sahəsi 40 m² olan taxtadan ibarət digər qarajın yanar konstruksiyaları və içərisinə yığılan əşyalar 20 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 fevral 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 450 m² olan üçmərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Ağzıbir kəndində ferma ərazisində 14 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Parça Xələc kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin tavanı 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.