Geri

29 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

29 fevral 2020-ci il saat 08:15-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan taxtadan ibarət qarajın yanar konstruksiyaları 30 m² sahədə və bitişik, ümumi sahəsi 40 m² olan taxtadan ibarət digər qarajın yanar konstruksiyaları və içərisinə yığılan əşyalar 20 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

29 fevral 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 450 m² olan üçmərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Ağzıbir kəndində ferma ərazisində 14 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Parça Xələc kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin tavanı 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.