Geri

28 fevral 2020-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

28 fevral 2020-ci il saat 13:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2020-ci il saat 11:00-dək:

Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

28 fevral 2020-ci il saat 08:00-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.