Geri

27 fevral 2020-ci il saat 14:30-dək:

Xızı rayonunun Yaşma kəndində, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 80 m² olan binanın bir otağında döşəmə və avadanlıqlar 4 m² sahədə, digər otağında kondisioner, 2 ədəd şkaf və pəncərə çərçivəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

27 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

27 fevral 2020-ci il saat 07:00-dək:

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin və bitişik, ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Samux rayonunda ümumi sahəsi 224 m² olan birmərtəbəli evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan evin giriş qapısı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Astara rayonunun Şahağac kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.