Geri

26 fevral 2020-ci il saat 20:45-dək:

Göyçay rayonunun Kürdəmiş kəndində ümumi sahəsi 275 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 195 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 fevral 2020-ci il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “BMW”, “Daewoo” və "Fiat” markalı 3 minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 fevral 2020-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 fevral 2020-ci il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

26 fevral 2020-ci il saat 12:30-dək:

Zərdab rayonunun Nəzəralılı kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 fevral 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan transformatorun sarğıları yanıb. Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Əmirarx kəndində ümumi sahəsi 64 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 21 m² sahədə, yaxınlıqda yığılan 3 ton ot bağlamasının 2 tonu və ərazidə kol-kosdan ibarət çəpər 1500 p.m yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Sarıcalı kəndində həyətyanı sahəyə yığılan 16 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Pirkəkə kəndində ümumi sahəsi 200 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.