Geri

26 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 fevral 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılan transformatorun sarğıları yanıb. Zirzəmi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Əmirarx kəndində ümumi sahəsi 64 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 21 m² sahədə, yaxınlıqda yığılan 3 ton ot bağlamasının 2 tonu və ərazidə kol-kosdan ibarət çəpər 1500 p.m yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Sarıcalı kəndində həyətyanı sahəyə yığılan 16 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Pirkəkə kəndində ümumi sahəsi 200 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.