Geri

24 fevral 2020-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində mənzildə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Geri

24 fevral 2020-ci il saat 10:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Geri

24 fevral 2020-ci il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Geri

24 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4-ü azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

24 fevral 2020-ci il saat 07:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.