Geri

16 fevral 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

16 fevral 2020-ci il saat 08:00-dək:

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamış örtükdən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

16 fevral 2020-ci il saat 01:00-dək:

Abşeron rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.