Geri

14 fevral 2020-ci il saat 20:30-dək:

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 fevral 2020-ci il saat 19:00-dək:

Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları və yaxınlığında yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin 1 otağında uşaq oyuncaqları və döşəmə 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Yevlax şəhərinin Qoyunbinəsi kəndində həyətyanı sahəyə yığılan 80 ton ot baglamasının 30 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ucar rayonunun Qazıqumlaq kəndində ümumi sahəsi 800 m² olan tikintisi başa çatmayan ikimərtəbəli evin çardağının taxta atmaları 260 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin kabinəsi qismən və 1 ədəd təkəri yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 fevral 2020-ci il saat 13:00-dək:

Zaqatala rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 1 m² sahədə karton və taxta tullantıları yanıb. Yanğın zamanı 3-ü azyaşlı olmaqla 18 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 fevral 2020-ci il saat 11:30-dək:

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 fevral 2020-ci il saat 06:00-dək:

Lənkəran şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 fevral 2020-ci il saat 04:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.