Geri

30 yanvar 2020-ci il saat 21:45-dək:

Şamaxı rayonunun Kürdəmiş kəndində ümumi sahəsi 65 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 4 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 yanvar 2020-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Podqornaya İrina Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

30 yanvar 2020-ci il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər xəstə kişinin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

30 yanvar 2020-ci il saat 15:00-dək:

Quba rayonunun Alpan kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 41 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 yanvar 2020-ci il saat 12:30-dək:

Astara rayonunun Tüləküvan kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə və 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

30 yanvar 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu,Səbail, Nərimanov və Xətai rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.
Geri

30 yanvar 2020-ci il saat 08:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 340 m² olan tövlənin yanar konstruksiyaları və yaxınlıqda 10 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Tofiqi kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və damına yığılan 7 ton ot bağlamasının 6 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağdaş rayonunun Pirəyir kəndində həyətyanı sahədə 7 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.