Geri

21 yanvar 2020-ci il saat 19:00-dək:

Masallı rayonunun Qarğalıq kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

21 yanvar 2020-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri

21 yanvar 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər  bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Geri

21 yanvar 2020-ci il saat 07:30-dək:

Samux rayonunun Alıuşağı kəndində ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib;

Abşeron rayonunun Xırdalan şəhərində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.