Geri

21 yanvar 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər  bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.
Geri

21 yanvar 2020-ci il saat 07:30-dək:

Samux rayonunun Alıuşağı kəndində ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib;

Abşeron rayonunun Xırdalan şəhərində "Opel" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.