Geri

14 yanvar 2020-ci il saat 10:00-dək:

Masallı rayonunda ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

14 yanvar 2020-ci il saat 08:00-dək:

Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında bacanın ətrafı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İsmayıllı rayonunun Kürdmaşı kəndində ümumi sahəsi 70 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 yanvar 2020-ci il saat 07:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

14 yanvar 2020-ci il saat 00:30-dək:

Şəmkir rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli çay evinin mətbəxində bacanın ətrafı 2 m² sahədə yanıb. Yüksək temperaturdan çay evinin lambirindən ibarət tavanı 140 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan plastik boru 12 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.